Xalq artisti Əlibaba Məmmədov: “...pula satmamışam” - AÇIQLAMA

<b>Xalq artisti Əlibaba Məmmədov: “...pula satmamışam”</b> - <span style="color:red;">AÇIQLAMA
7 dekabr 2017
# 13:29

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Kulis.azın məlumatına görə Yenicag.az-a açıqlama verən xanəndə qocalıqdan şikayətlənib:

“Səhhətimdən şikayətlənmirəm. Yaşlı adamam, elə xəstəliyim də yaşla əlaqədardır”.

Vaxtilə mahnılar bəstələyən illərin sənətkarı yaradıcılığına nöqtə qoyduğunu deyib:

“Vaxtilə saysız-hesabsız mahnılar bəstələmişəm. Bir çox tanınmış müğənnilər onları oxuyub. Heç birinə də qadağa qoymamışam. Mən onların ifasından narazı deyiləm, qoy oxusunlar. Niyə etiraz edim axı? Mahnı yaşamalıdır. Hərəsi mahnılarıma bir cür nəfəs verib. Heç vaxt mahnılarımı pulla satmamışam. Hamısına halallığımı vermişəm. Hərdən soruşurlar ki, niyə yeni bəstələr yoxdur? Deyirəm ki, daha qocalmışam, 90 yaşım var, yaratdıqlarım kifayətdir”.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #