Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.
Kulis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək.
Daha sonra isə 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq.
- Vaqif Bayatlıdan xəbər var
- Allahın yer üzündə son ümidləri - Yeni şeirlər...
- Cinsi aktivlik dərmanı satan yazıçı – Vidadi Məmmədovun ƏHVALATLARI
Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.