Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”

Gənc yazar AYB-ni hədələdi: <span style="color:red;">“Əlimdə dəhşətli faktlar var...”
21 may 2019
# 13:45

“Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək istəyir”.

Bu sözləri AYB-dən çıxarılmaqla gündəmə gələn gənc yazar Elşad Barat Kulis.aza açıqlamasında söyləyib.

O, Rəşad Məcidin ittihamlarına cavab olaraq bildirib ki, onun AYB-yə kampaniya açmaq kimi fikri olmayıb:

“Əvvəla mən jurnalistəm, istənilən adamdan müsahibə ala bilərəm, onun fikirlərinə məsuliyyət daşımıram. Müsahibələrimdən də görünür ki, mən mövqesiz sual verirəm. Bu gün Salam Sarvanın müsahibəsi gedib, müsahibəni mən almışam, şair AYB-ni tənqid edib. Müsahibə gedən kimi Rəşad Məcid mənə zəng elədi, açdım, fısıltısı gəldi, səsi yox”.

Gənc yazar daha sonra bunları söyləyib:

“Müsahibə almaqla adamı təşkilatdan çıxarmırlar. Məni səbəbsiz yerə heç kim AYB-dən çıxara bilməz. AYB-dən çıxarılmağıma səbəb olacaq heç nə etməmişəm, Rəşadın fikiri gülünc görünür. Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək istəyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamısını mətbuata bildirəcəm.”

Xatırladaq ki, Rəşad Məcid Elşad Baratın AYB-dən kənarlaşdırılması məsələsini katiblikdə müzakirə edəcəyini açıqlamışdı.

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

# # #