Fidan Hacıyeva Londonda konsert verib

Fidan Hacıyeva Londonda konsert verib
17 may 2018
# 14:53

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti mezzo soprano Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda xüsusi konsert proqramı ilə çıxış edib.

Kulis.azın APA-ya istinadən verdiyi xəbərə görə, F. Hacıyeva əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltix müşayiət edib.

Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs edib. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycan musiqi həyatında önəmli hadisədir.

Qeyd edək ki, Ə. Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, 1942-1948-ci illərdə Konservatoriyanın xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb.

Müslüm Maqomayev, Firəngiz Əlizadə onun tələbələrindəndir.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #