Nəriman Qasımoğlu yeni peyğəmbərdən danışdı: "Tanrı göndərişləri ara vermir”

Nəriman Qasımoğlu yeni peyğəmbərdən danışdı: "Tanrı göndərişləri ara vermir”
5 noyabr 2019
# 12:30

Şərqşünas alim Nəriman Qasımoğlu Allahın yer üzünə müdaxiləsindən, yeni peyğəmbərin gəlişi məsələsindən danışıb.

Kulis.az xəbər verir ki, alim Tanrının iradəvi müdaxiləsinin kosmik-ilahi informasiyanın yenilənməsi kontekstində davam etdiyini bildirib:

"Mütərəqqi ilahiyyatçıların dilində belə bir ifadə səslənir: “peyğəmbərlik bitmiş, risalə davam edir”. Yəni daha peyğəmbərlər gəlməyəcəksə də, Tanrı göndərişləri ara vermir və verməyəcək. Bu, elə Tanrının iradəvi müdaxiləsinin əlamətidir, O-nun ismarışları ən fərqli elmi, yaradıcılıq mahiyyətli fəaliyyətlərin məhsulları kimi insanlara çatdırılır. İnsanlar da öz iradəvi istəklərinin ixtiyarındadır. Bir qismi cəmiyyətlərini qurur, inkişaf etdirir, başqalarına nümunə verir, bəşəriyyəti tərəqqiyə səsləyir, digər qismi də əks fəaliyyətdə".

# 3113 dəfə oxunub

Müəllifin son yazıları

# # #