Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.
- “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edildi
- Sabir Rüstəmxanlı ilə görüş keçirildi
- Kino tarixində ən çox gəlir gətirən film
Qeyd edək ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.