33 yaşlı meksikalı aktrisa Melissa Barrera Fələstini dəstələdiyi üçün "Fəryad 7" filminin heyətindən qovulub.
Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə böyük səs-küyə səbəb olub.
Pərəstişkarları və bir çox həmkarları sosial şəbəkələrdə aktrisanı dəstəkləyən paylaşımlar edib.
Qeyd edək ki, "Fəryad 7"nin 2025-ci ildə buraxılması planlaşdırılırdı, lakin aktyor heyətinin yenidən seçilməsinə görə bu tarix dəyişə bilər.