“Ədəbiyyat qəzeti” yayınları seriyasından yeni kitablar təqdim ediləcək

“Ədəbiyyat qəzeti” yayınları seriyasından yeni kitablar təqdim ediləcək
9 oktyabr 2019
# 15:07

Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan 5 kitabın - "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda", Əyyub Qiyasın tərtib və tərcüməsində "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası, Günel Eyvazlının "İşıq" esselər toplusu, Samirə Əşrəfin "Dördüncü divar" və Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" kitablarının təqdimatı keçiriləcək.

Qəzetin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı da həmin gün bir neçə müəllifə təqdim ediləcək.

Qeyd edək ki, çap edilən kitablar ölkə başçısının Azərbaycan Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına işıq üzü görüb. /azertag.az/

# 1735 dəfə oxunub

Müəllifin son yazıları

# # #