Mikayıl Müşfiqin 110 illiyi haqqında sərəncam imzalandı

Mikayıl Müşfiqin 110 illiyi haqqında sərəncam imzalandı
18 may 2018
# 09:45

Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.

# 1097 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #