Azərbaycan kino ictimaiyyətinin bir qrup nümayəndəsi Milli Kino Akademiyasının təsis edilməsi ilə bağlı Təşəbbüs Qrupu yaratdıqları haqda bəyanat verib.
Bu barədə Kulis.aza Təşəbbüs Qrupunun üzvü, Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev bildirib.
Təşəbbüs qrupunun adından bəyanat verən kinorejissorlar Hüseyn Mehdiyev Oqtay Mirqasımın yazdıqlarına görə, Kino Akademiyanın əsas məqsədi Milli kinomuzda illərlə formalaşmış ənənələrin və kinematoqrafiya sənətində mənəvi dəyərlərin qorunub saxlanılması, inkişafı və təbliği, milli kinomuzun inkişafına xidmət edən tədbirlərin keçirilməsi, kino sənayesində peşəkarlığın, sənətin və biznesin inkişafına dəstəkdir.
Təşəbbüs qrupu kino ictimaiyyəti və dövlət orqanları ilə danışıqlar və müzakirələr aparmağı, optimal variantda Kino Akademiyanın Nizamnaməsini hazırlamağı və təsis konfransını keçirməyi nəzərdə tutur.