Şukin adına Teatr İnstitutunun tələbələri Bakıda tamaşa təqdim ediblər

Şukin adına Teatr İnstitutunun tələbələri Bakıda tamaşa təqdim ediblər
26 iyun 2019
# 10:56

İyunun 25-də Akademik Milli Dram Teatrında “Qafqazsayağı təbaşir dairəsi” adlı tamaşa nümayiş olunub.

Tamaşadakı rolları Rusiyanın Şukin adına Teatr İnstitutunun tələbələri canlandırıblar. “Qafqazsayağı təbaşir dairəsi” tamaşası 1945-ci ildə ABŞ-da yazılıb. Tamaşada hadisələr qonşu Gürcüstanda II Dünya müharibəsinin hələ də bitmədiyi vaxtda, alman əsgərlərinin Qafqazdan çıxarıldığı müddətdə cərəyan edir. Kənddə bir oğlan uşağının anasını təyin etmək üçün təbaşirdən dairə çəkirlər. Uşağı isə həmin dairəyə yerləşdirirlər. Oğlanın anasını tapmaq istəyən Azdak qadınlara göstəriş verir ki, hər biri növbəsində uşağın qolundan dartsın. Beləliklə, qadınlar uşağın qolunu dartışdırmağa başlayırlar. Onlardan Qruşa adlı bir qadın oğlana zərər yetirməmək üçün uşağın əlini buraxır. Azdak yenidən əmrini təkrar edir. Bu dəfə də Qruşa oğlanın əlini buraxır. O zaman Azdak başa düşür ki, uşağın əsl anası Qruşadır və oğlanı ona verir.

Qeyd edək ki, tamaşa ilk dəfə 1947-ci ildə “Nourse Little Theater” teatrının səhnəsində oynanılıb. /azertag.az/

# 2257 dəfə oxunub

Müəllifin son yazıları

# # #