Çingiz Abdullayevi tənqid edən yazar: “Məni ölümlə hədələdilər”

Çingiz Abdullayevi tənqid edən yazar: “Məni ölümlə hədələdilər”
12 iyun 2019
# 18:20

Xalq yazıçısı Çingiz Abdullayevin onu yazdığı statusda tənqid etdiyi üçün məhkəməyə verməyə hazırlaşdığı gənc yazar Elşad Barat məsələ ilə bağlı Kulis.az-a açıqlam verib.

O bildirib ki, onu ölümlə hədələyirlər.

“Əvvəla, Xalq yazıçımız Azərbaycan dilini yaxşı bilmir, üç cümlə söyüş yazıb, otuz səhv buraxıb. İkincisi, mən onun maşınının şəklini çəkməmişəm, hansısa səhifədə paylaşmışdılar, mən də götürüb söyüşsüz-filansız paylaşmışam. İndi baxıram o səhifədən siliblər. Çingiz müəllim əgər əmindirsə ki, maşın onun deyil, niyə hirslənir, məni təhqir edir? Sakitcə deyə bilərdi ki, bala, bu maşın mənim deyil, mən də deyərdim, ay Çingiz müəllim, səhifələr paylaşmışdı, yanlış olub yəqin, üzrlü bilin və bununla da məsələ bağlanardı.

Yazar daha sonra əlavə edib:

“Çingiz müəllim məni sərt şəkildə təhqir edib və buna görə mən də şikayətçi olacam. Gedib məsələni kökündən həll edə bilmir, ilk kim paylaşıbsa, onunla işini həll edə bilmir, gəlib mənim kimi kimsəsiz bir yazarın üstünə hücum çəkir? Bu, nə ədalətdir? Bu, nə yazıçılıqdır? Bayaq da mənə gizli nömrədən zəng gəlmişdi, məni ölümlə hədələdilər, bilmirəm kimlər idi. Mən ölümdən qorxmuram, sadəcə üç körpə balam var. Çingiz müəllimin mənə qarşı işlətdiyi təhqiramiz sözlərə görə isə sadəcə heyfsilənirəm.”

# 3123 dəfə oxunub

Müəllifin son yazıları

# # #