Anar Musa Yaqubun müalicəsindən danışdı - Açıqlama

<b>Anar Musa Yaqubun müalicəsindən danışdı - <span style="color:red;">Açıqlama </b>
4 aprel 2019
# 11:02

“Musa Yaqub mənə müraciət etməyib”

Bu sözləri AYB sədri, Xalq yazıçısı Anar Kulis.aza açıqlamasında deyib.

Anar Rzayev Musa Yaqubun müalicəsi ilə bağlı dediklərinə bu cür reaksiya verib: “Mənim müsahibədən xəbərim var. Ancaq Musa Yaqub müalicəsi ilə bağlı mənə müraciət etməyib. Başqa deyəcək sözüm yoxdur.”

Xatırladaq ki, Musa Yaqub müsahibəsində bunları söyləmişdi:

“Mən özüm də müraciət etdim (AYB-ni nəzərdə tutur - red), amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub."

# 2971 dəfə oxunub

Müəllifin son yazıları

# # #