Bəstəkarlar İttifaqının katibləri seçildi

 Bəstəkarlar İttifaqının katibləri seçildi
31 oktyabr 2019
# 15:20

Oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin iclası keçirilib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən iclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər.

İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəzifəsinə seçilməsinə yekdilliklə səs veriblər./azertag.az/

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

# # #