Bu günə heç vaxt ciddi baxmamışam – Xalq yazıçıları Aşuradan danışdı

Bu günə heç vaxt ciddi baxmamışam – Xalq yazıçıları Aşuradan danışdı
10 sentyabr 2019
# 12:03

Bu gün Aşura günü qeyd olunur. Kulis.az bu münasibətlə Xalq yazıçılarımızdan Aşura haqqında təəssürat öyrənib. Cavabları təqdim edirik.

Related image

Anar

Xalq yazıçısı

- Hamı kimi mənim də Aşuraya hörmətim var. Məclislərinə getməsəm də, müsəlman dünyasının matəm günü kimi qəbul edirəm.

Image result for sabir rüstəmxanlı

Sabir Rüstəmxanlı

Xalq şairi

- Uşaqlıqda kəndlərin mədəni həyatının sönüklüyü səbəbindən Aşura bizə əyləncə, teatr kimi görünərdi. Kişilərin meydanda halay vurub gur səslə “Ya Hüseyn!”, “Şah Hüseyn!” demələri, yaxud çiyin-çiyinə dayanıb ağır əlləri ilə sinə vurmaları, axşamlar tuğ götürüb həyətləri gəzmələri əsl tamaşa idi. Mənasını bilmədiyimiz tamaşa. Yaşa dolduqdan və İslam tarixini öyrəndikdən sonra Aşura məclislərinə getməmişəm. Aşura İslam tarixinin bir faciəli günü kimi xatırlana bilər. Məsələn, peyğəmbərin doğum günü kimi... Lakin onun bu şəkildə - qırx gün davam edən bir yasa çevrilməsi məhz İslamda ayrımçılıq yaradan aşırı şiə-İran siyasətinin nəticəsidir.

Şiə şəhidlərinin yasını imamların əmisi uşağı olan ərəblər qeyd eləmirlər, Azərbaycan özünü öldürür. Mənim yanaşmam Mirzə Cəlilin yanaşması kimidir. Bu gün Kərbəla meydanı Azərbaycandır, Qarabağdır. Axıtmalı qanlarımız, göz yaşlarımız varsa bu yolda axıtmalıyıq...

Image result for mövlud süleymanlı

Mövlud Süleymanlı

Xalq yazıçısı

Bu gün Aşur günüdür ki? Heç xəbərim yoxdur. Aşura gününə heç vaxt ciddi baxmamışam. Kökü olmayan bir fikirdir mənim üçün. Kənardan izləmişəm hərdən bu matəm mərasimini, ancaq heç vaxt məclislərdə iştirak etməmişəm. Ötəri yanaşmışam.

# 3301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #