Yeseninin kabusu göründü - Rəsmi açıqlama - Video

Yeseninin kabusu göründü - Rəsmi açıqlama - Video
22 iyul 2019
# 10:31

Yeseninin Rusiyanın paytaxtında yerləşən ev muzeyindən ərazidə kabus olması ilə bağlı məlumat yayılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə muzeyin mətbuat katibi danışıb.

Onun sözlərinə görə, əvvəlcə mühafizəçi bu barədə susub. Qorxub ki, onu dəli zənn edərlər. “Lakin daha sonra digər əməkdaşlar da belə bir hadisə ilə rastlaşdıqlarını söylədikdən sonra o, çəkilişlərdə görünən bu hərəkət edən ləkəni öz gözlərilə də gördüyünü dedi. Əvvəlcə düşündük ki, bu, küləkdir, ya nəsə bir başqa şeydir. Lakin dəfələrlə yoxladıqdan sonra, gördük, külək-filan deyl” – deyə mətbuat katibi açıqlama verib.

Katibin sözlərinə görə, muzeyin yanındakı uşaq bağçasının mühafizəçiləri də ruhu görüblər. Onlar “bu kabus bəzən bizə də gəlir, onun simasını belə görmüşük” deyiblər.

Qeyd edək ki, Yeseninin kabusunun dolaşması haqda əhvalatlar onun ölümündən - 1925-ci ildən dərhal sonra yayılmağa başlayıb. Bundan əvvəl kabus guya Sankt-Peterburqda şairin intihar etdiyi “Anqleter” mehmanxanasında görünüb.

# 2145 dəfə oxunub

Müəllifin son yazıları

# # #