Rasim Qaraca: “Gənclər Yazıçılar Birliyi ilə əməkdaşlıq etməməlidir”

Rasim Qaraca: “Gənclər Yazıçılar Birliyi ilə əməkdaşlıq etməməlidir”
4 iyun 2019
# 12:15

“Yandırmağa ehtiyac yoxdur, bundan şou düzəltmək uğursuz addımdır”.

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış şair, “Alatoran” yayınlarının rəhbəri Rasim Qaraca söyləyib.

R.Qaraca bu yaxınlarda AYB və “Ulduz” jurnalı xətti ilə nəşr olunan kitablardan imtina edən iki gənc yazar haqqında fikirlərini səsləndirib: “Gənclər ədəbiyyat qarşısında bir çox cinayətlər etmiş, ədəbiyyat proseslərinə nəzarət etmək məqsədilə yaradılmış və bu gün də bu funksiyanı yerinə yetirməkdə olan təşkilatla əməkdaşlıq etməməliydilər. Xoşagəlməz nəticəni onlar özləri sifariş ediblər, indi acı meyvələrini dadırlar”.

Daha sonra Rasim Qaraca əlavə edib:

“Kitab buraxmaq indiki zamanda çox da matah bir şey deyil. İndi bir yazar çıxsa və desə ki, mən kitab buraxdırmağa qarşıyam, ancaq əsərləri də yaxşı olsa özünə oxucu toplaya bilər. Kitab əsərin əmtəə formasıdır, bazar üçündür, gəlir gətirməli və yazıçını dolandırmalıdır. Bir ölkədə ki yerli müəlliflərin kitabları satılmır, o zaman bu işin bir mənası qalmır. Üstəlik də əgər bir kitab Yazıçılar Birliyinin puluyla çıxırsa o zaman müəllifinin reytinqini sıfırlara endirir”.

# 2873 dəfə oxunub

Müəllifin son yazıları

# # #