Azərbaycan Ümumdünya Mədəniyyət və Turizm Konfransında

Azərbaycan Ümumdünya Mədəniyyət və Turizm Konfransında
12 dekabr 2017
# 16:59

Azərbaycan UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda təşkil olunan Ümumdünya Mədəniyyət və Turizm Konfransında təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə “İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Sessiyada Nazim Səmədov Azərbaycanın turizm sahəsində apardığı islahatlardan, bir sıra ölkələr üçün viza sadələşdirilməsinin tətbiq olunmasından danışıb. “Mədəni turizm sülh və tərəqqi amili kimi” adlı xüsusi sessiyada ölkəmizin sivilizasiyaların qovşağında və qədim ipək yolu üzərində yerləşdiyini bildirən N. Səmədov azərbaycanlıların əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, Azərbaycanda fərqli dinlərə sitayiş edən müxtəlif etnik qrupların mehriban qonşuluq şəraitində həyat sürdükləri, ölkənin mədəni turizm potensialı barəsində ətraflı məlumat verib. O, ölkədə iki ildən bir təşkil olunan ümumdünya mədəniyyətlərarası dialoq forumları çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin birgə konfranslarının keçirilmə ənənəsininin mövcudluğunu qeyd edərək, 2018-ci ildə UNESCO və BMÜTT-nin rəsmi tərəfdaşı olduğu “Bakı Prosesi”nin 10 illik yubileyinin keçiriləcəyini bildirib.

# 1823 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #