Bakıda beynəlxalq kitab sərgisi keçirilir - BU GÜN

<b>Bakıda beynəlxalq kitab sərgisi keçirilir - <span style="color:red;">BU GÜN </b>
28 sentyabr 2017
# 09:31

Bu gün akı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək.

Nazirlikdən Kulis.az-a verilən xəbərə görə sərgi-yarmarka saat 10.30-da açılacaq və stendlərin ziyarəti başlayacaq.

Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.

3 gün davam edəcək sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.

Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir.

Tədbirlə bağlı geniş reportajımız olacaqdır.

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #