Azərbaycan türmələri haqqında yeni kitab – FOTO

Azərbaycan türmələri haqqında yeni kitab – FOTO
13 oktyabr 2015
# 10:16

Həbsxana həyatından yazdığı roman və povestləri ilə tanınan yazıçı Rövşən Yerfinin bu günlərdə “Qazamat sanitarları” adlı yeni romanı çapdan çıxıb. Kulisin məlumatına görə "Zero" nəşriyyatında işıq üzü görən kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır.

Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir.

Kitaba “Residivist” povesti də əlavə olunub.

Rövşən Yerfi məhbəs mövzusuna aid olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və “Penitensiar lövhələr” adlı kitabların da müəllifidir.

Yeni kitabın təqdimatı 18 oktyabr tarixində saat 16.00-da “Kitabevim.az” kitab mağazasında (28 May metrosu, Dəmiryol xəstəxanasının yanı) keçiriləcək.

# 1291 dəfə oxunub

Müəllifin son yazıları

# # #