Ana dili mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ana dili mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
1 avqust 2019
# 18:03

Bu gün “Araz” supermarketlər şəbəkəsinin Yeni Günəşli yaşayış massivindəki filialında şirkətin 1 avqust - Azərbaycan Dili və Əlifbası Günü münasibəti ilə ana dili mövzusunda keçirdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kulis.azın verdiyi xəbərə görə, tədbirdə marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Billurə Əmirova və münsif, yazıçı Şərif Ağayar iştirak edib.

Müsabiqədə yarışan yüz müəllifin içərisindən aşağıdakılar seçilib:

1-ci yer: Gülnarə Məmmədova

2-ci yer: Pərviz Eyvazov

3-cü yer Zəhra Rəcəbqızı (4-cü sinif şagirdi)

Qaliblərə Araz supermarketlər şəbəkəsinin xüsusi mükafatı verilib və yazıçı Şərif Ağayarın kitabları təqdim olunub.

# 1816 dəfə oxunub

Müəllifin son yazıları

# # #