Bir tale ki pəncərədən daş kimi gəlsin – ŞEİR

Bir tale ki pəncərədən daş kimi gəlsin – <span style="color:red;">ŞEİR
8 avqust 2016
# 12:08

5 avqust ədəbi cəsarət simvolu Rafiq Tağının doğum günü idi və artıq o, 5 ildir ki, əbədiyyətlə qol-boyundur. Unudulmaz yazarımızın ruhu şad olsun!

Bir tale ki pəncərədən daş kimi gəlsin

bir ömür ki xumar gözdən yaş kimi gəlsin

kim görüb ki belə bəxtin xoş günü gəlsin

ay ana elə bil bizə it ağız açıb

it ağzından çıxır səhər öz aramızdı

ay nə bilim xoruz banı quşların səsi

nə bilim Ay dan ulduzu hamısı sözdü

azanı da qarşılayır it hürüşməsi

it ağzından çıxan dəniz söz burda qalsın

hanı səndə o mavilik yamyaşıl yosun

dənizsənsə tufan qopar fırtınan olsun

görüm sənin göl üzünü okean yusun

Baskervillərin iti tap itən yamyamı

İtağzıgül it ağzını açır hər gülə

inanmayanın ağlına keçə yamayım

it qursağı yağ götürməz deyən aqilə

Haqqarar

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #