Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb

Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb
11 iyun 2018
# 13:36

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Mərkəzdən Kulis.aza verilən məlumata görə kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.

XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #