Tanınmış şair Salam Sarvan Facebook profilində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Qızıl Kəlmə” müsabiqəsinə etiraz edərək laureatları tənqid edib.
Məsələ ilə bağlı S.Sarvanla əlaqə saxladıq. O, bildirdi ki, müsabiqə obyektiv keçirilməyib:
“Düşünürəm ki, bu, yarış deyildi. Bilirsən, belə məsələlərə toxunanda adamdan sübut istəyərlər, o da yoxdur. Ona görə “Düşünürəm ki...” deyirəm... Bəli, düşünürəm ki, müsabiqə sövdələşmə ilə keçirilib, nəticəsi şəxsən mənə üç ay qabaqdan məlum idi. Ehtimal etdiyim siyahı düz çıxdı.”
- Cavanşir Yusifli: “Ədəbiyyatımız gerçəklikdən qaçmaqla məşğuldur” – İL SONU SÖHBƏTİ
- Dünyaca məşhur müğənni həbs oluna bilər
- Dahi rejissor Kanndan imtina etdi
S.Sarvan konkret Vaqif Bayatlı Odərin mükafata layiq olmadığı barədə yazdıqlarına da aydınlıq gətirdi: “Siyahıdakılar arasında ərk elədiyim o idi, ona görə onun adını yazdım. Yaşıl köynəkli oğlan bu "sövdələşmə"də iştirak etməməli idi. Statusun mətnaltı mənası bu idi.”