Azərbaycanlı sənətçilər Dərbənd şəhərinin 2000 illik yubileyində

Azərbaycanlı sənətçilər Dərbənd şəhərinin 2000 illik yubileyində
21 sentyabr 2015
# 12:49

Sentyabrın 19-da Dərbənddə şəhərin 2000 illik yubiley tədbiri böyük təntənə ilə qeyd olunub. Kulisin məlumatına görə tədbirdə Dağıstan Respublikasının Prezidenti cənab Ramazan Abdulatipov və Rusiya Federasiyasının bir sıra məsul şəxsləri iştirak edib.

Tədbirin hazırlanmasında Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrının kollektivi də iştirak edib. Kollektiv Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği məqsədi ilə adət-ənənələrimizi teatrallaşdırılmış şəkildə qonaqlara təqdim edib. Dərbənd Azərbaycan teatrının aktyorlarının ifasında nümayiş olunan səhnəciklər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Yubiley tədbirinin keçirilməsində teatra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi böyük dəstək olub. Tədbirdə Azərbaycanın Xalq artistləri Polad Bulbuloğlu, Mələkxanım Əyyubova, Möhlət Müslümov və gənc kamança ustası Elvin Mirzəyev çıxış edib.

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #