Bu gün qaliblərə mükafatlar təqdim olunacaq

Bu gün qaliblərə mükafatlar təqdim olunacaq
17 oktyabr 2019
# 11:35

Oktyabrın 17-si saat 16-da “APA Group”un akt zalında “Bir şeir” yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq.

Xatırladaq ki, şərtlərə əsasən üç yer müəyyən olunub.

Birinci yer – 500 manat

İkinci yer – 300 manat

Üçüncü yer – 200 manat

Peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin seçdiyi üç yerdən əlavə oxucuların Kulisin Facebook səhifəsində “Lİke” ilə seçdiyi gənc şairə portalımızın xüsusi hədiyyəsi olacaq.

Maraqlananlar tədbirdə iştirak edə bilərlər.

Ünvan: Nəcəfqulu Rəfiyev 11/45. APA Group

# 2202 dəfə oxunub

Müəllifin son yazıları

# # #