[b]Tahir İmanov: “Zelenski ilə tanışıq”[/b]

[b]Tahir İmanov: “Zelenski ilə tanışıq”[/b]
22 aprel 2019
# 11:32


Ukraynanın prezident seçkilərində qalib olan “KVN”-çi Vladimir Zelenski Azərbaycanın "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanovla tanışdır.



Bu barədə Kulis.aza Tahir İmanovun özü məlumat verib.



“Zelenskini tanıyıram. Biz tanışıq. Elə yaxın münasibətimiz olmasa da festivallarda qarşılaşmışıq. Onlar “KVN”-ə bizdən sonra gəlmişdilər. Yaşça balacaydılar”. – deyə Tahir İmanov bildirib.

Həmkarının seçkilərdə qalib olması ilə bağlı təəssüratını bölüşən T.İmanov hələ ki bu barədə geniş danışmaq istəmədiyini söyləyib: “Nəticələr rəsmi təqsdiqlənməmiş heç nə demək istəmirəm.”

# 2480 dəfə oxunub

Müəllifin son yazıları

# # #