AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”

AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
20 avqust 2019
# 16:33

Bu yaxınlarda, qarşıdan gələn qurultayda AYB sədrliyinə namizədliyini verəcəyini açıqlayan gənc yazarlardan Fuad Cəfərli təhdid mesajı aldığını bildirib, amma adının açıqlamasını doğru saymır.

O, Kulis.az-a verdiyi açıqlamada bu mesajla bağlı AYB rəhbərliyindən şübhələndiyini bildirib:

“Mesajda yazılıb ki, biz sizə adekvat cavab verəcəyik. Ancaq mən yazanın kim olduğunu bilmirəm. Düşünürük ki, AYB-dən gəlib”.

Xatırladaq ki, namizəd olacağını bildirən üç gəncin - Tural Turan, Emil Rasimoğlu və Fuad Cəfərlinin fikirləri ədəbi camiədə böyük müzakirələrə səbəb olub. AYB katibləri Rəşad Məcid, Fikrət Qoca, eyni zamanda AYB sədri Anar məsələ ilə bağlı açıqlamalar veriblər.

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

# # #