Sabah Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X Qurultayı keçiriləcək.
APA-nın xəbərinə görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.
Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.
Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.