İsveçrədə pianoçularımızın konserti keçirilib

İsveçrədə pianoçularımızın konserti keçirilib
10 iyul 2019
# 18:51

Isveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində daşıyan beynəlxalq fortepiano müsabiqəsi keçirilir.

Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov da iştirak edirlər.

Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, beynəlxalq yarışma çərçivəsində, həmçinin Couvet qəsəbəsinin “Temple de Couvet” kilsəsində “Azərbaycan Dostları” Birliyinin sədri Arzu Əliyeva tərəfindən azərbaycanlı pianoçuların konserti də təşkil olunub.

Konsertdə pianoçular tanınmış Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə qəsəbənin ictimaiyyət nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. /azertag.az/

# 1801 dəfə oxunub

Müəllifin son yazıları

# # #