Freddi Merkyurinin heç yerdə yayımlanmayan mahnısı tapıldı

Freddi Merkyurinin heç yerdə yayımlanmayan mahnısı tapıldı
22 iyun 2019
# 12:03

İngilis rok qrupu Queenin əfsanəvi solisti Freddi Merkyurinin “Times Waits For No One” mahnısının yayımlanmamış bir versiyası tapılıb.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, Freddinin dostu və musiqiçi Deiv Klark BBC Radio 2-də mahnını səsləndirib.

Klark açıqlamasında bunları deyib: “İlk yazdığımızda sadəcə piano ilə yoxlamışdıq, tükləri biz-biz edən sehirli bir şeydi. Sonra mahnını yazdırarkən 48 fərqli səs əlavə edərək test etdik, daha sonra isə arxa fona vokallar yüklədik. Nəticə möhtəşəmdi.”

# 1549 dəfə oxunub

Müəllifin son yazıları

# # #