Tanınmış fleyta ifaçısı Sylvain Barou balaban musiqi alətində ifa etməyi öyrənmək üçün Azərbaycana gəlib. Onu Fransanın Normandiya əyalətindən Bakıya gətirən səbəb balaban alətinin sirlərinə dərindən yiyələnmək arzusudur.
Azərbaycanda televiziya verilişinin qonağı olan Sylvain milli musiqimizə olan marağından danışıb, Bakı və mətbəximiz haqda təəssüratlarını bölüşüb. Fürsətdən yararlanan musiqiçi televiziya tamaşaçıları üçün canlı ifa da nümayiş etdirib.
O deyib: “Balabana marağım Alim Qasımovun ifasına qulaq asdıqdan sonra yaranıb. Sonra bu alətlə yaxından tanış olmaq və peşəkar musiqiçi kimi yetişməyi qərar verdim. Fransada olarkən bu alətin Azərbaycana məxsus olduğunu bilirdim”.
- “Ədəbiyyat insanları xilas edirsə, yazıçılar niyə bədbəxtdir?”
- Yadıma yar düşübdü – Sabir Abdinin şeirləri
- Topa-topa daşlara lopa-lopa qar yağa
Beş gündür Azərbaycanda olan musiqiçi yerli ifaçılarla görüşüb milli musiqimizi dərindən öyrənmək arzusundadır. /azertag.az/