Məqalə müsabiqəsi elan olundu - ŞƏRTLƏR

Məqalə müsabiqəsi elan olundu - ŞƏRTLƏR
5 yanvar 2018
# 12:09

“İçərişəhər” Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Cümhuriyyəti – 100” adlı müsabiqə elan edib

İdarədən Kulis.aza verilən xəbərə görə, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan və ölkə başçısının 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən keçirilən müsabiqəni təşkil etməkdə məqsəd gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

Müsabiqədə 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilər.

Müsabiqənin şərtləri aşağıdakılardır:

a) müsabiqəyə qədər heç yerdə dərc edilməyən məqalələr qəbul edilir;

b) işlərin məzmununa dair əsas tələblər:

- tarixi faktlar və etibarlı mənbələrdən istifadə;

- orijinallıq;

- plagiat elementlərinin olmaması;

- elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma;

- materialın oxucu üçün məlumatlılıq səviyyəsi;

- dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi.

c) məqalələr Times New Roman şrifti ilə, ölçü 14, sətirarası interval 1,5, simvol sayı 25000-30000 (A4 formatda 10-12 səhifə) olmaqla qəbul edilir;

ç) materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər;

d) təqdim olunacaq məqalələr elektron formada 01 mart 2018-ci il tarixədək [email protected] ünvanına göndərilməlidir;

e) məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir:

- pasport məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, qeydiyyat ünvanı)

- təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı;

- vəzifəsi, fakültənin, kafedranın, şöbənin adı və s;

- elektron poçt ünvanı;

- əlaqə telefonları.

Mükafatlar:

I yer – 1000 AZN

II yer – 500 AZN

III yer – 300 AZN

IV yer – 200 AZN

Qeyd: Məqalələr münsiflərə imzasız təqdim ediləcəkdir. Ən yaxşı məqalələrin müəllifləri 2018-ci ilin may ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati binasında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə mükafatlandırılacaq. Müsabiqəyə göndərilən məqbul məqalələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Elmi araşdırmalar” toplusunda dərc olunacaq.

Əlaqə telefonları: 497-63-59, 437-31-75

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

# # #