Şeytan insandırmı? - Roma Papasına CAVAB

Şeytan insandırmı? - <span style="color:red;">Roma Papasına CAVAB
20 dekabr 2017
# 16:28

Bu yaxınlarda Roma Papasının şeytanla bağlı verdiyi açıqlama birmənalı qarşılanmayıb. Katolik kilsəsinin 266-cı rəhbəri Papa Fransisk yerli televiziya proqramlarından birində din xadimlərindən biri ilə müzakirə zamanı şeytan barədə maraqlı fikirlər səsləndirib.

Papa Fransis açıqlamasında qeyd edib ki, şeytan yayılan bir şey deyil, bir şəxsdir: “Qəti əmin olduğum bir şey demək istəyirəm. Şeytanla dialoqa girmək olmaz. Şeytanla dialoqa girsəniz itərsiniz. O, bizdən daha ağıllıdır. Sizi alt-üst edər, başınızı döndərər və itərsiniz”.

Proqramın aparıcısı "Yəni şeytanın bir adı və soyadı olduğunu deyirsiniz?" - deyə sual edib, papa isə "Bəli, əminəm" deyə cavab verib.

Kulis.az məsələ ilə bağlı din xadimlərindən münasibət öyrənib.

Elşad Miri,

İlahiyyatçı

- Şeytan anlayışı bizdə yanlış formalaşdırılıb. Şeytanı bu cür təsəvvür ediblər: buynuzlu, əlində əsa olan məxluq. Bu bizdə normal olmayan bəzi anlayışlardan biridir. Quranda şeytanla bağlı ayələr var. Orda yazıldığına baxanda, görürük ki, əslində o, təsvir edildiyi kimi buynuzlu, əlində əsa olan məxluq deyil. Məsələn, Bəqərə surəsinin 102-ci ayəsində Süleyman peyğəmbərlə bağlı əhvalatda deyilir ki, şeytanlar kafir oldular. Yaxud Ənbiya surəsinin 82-ci ayəsində yazılır ki, şeytanlar arasında Süleyman üçün dalğıçılıq eləyən və başqa işlərlə məşğul olanlar vardı. Sad surəsinin 37-ci ayəsində də şeytanlarla bağlı məqama toxunulub. Orda yazılır ki, şeytanların arasında nəqşlər vuran bənnalar vardı. Hətta Quranın sonuncu surəsi olan Nas surəsində şeytanların insanlardan da olduğu bildirilir. Əslində bu anlayışlar insana aiddir. Məsələn, xristianlıqda və yəhudilikdə mələk din adamı üçün də işlədilib. Adi adama şeytan demək mümkündür. Şeytanın müxtəlif versiyalarda təqdim olunması isə Avropadan gəlmədir. 16-17-ci əsrlərdə cadugərlik məhkəməsi vardı, orda şeytan adlandırılan insanlar cəzalandırılırdı. Din xadimi bir nəfər haqqında “o şeytandır, onun içinə şeytan girib” deyirdi və təyin elədikləri məhkəmədə həmin adamı yandırırdılar.

Robert Mobili,

Alban-Udi xristian icması sədri

- Bilirsiniz, xristianlıq bir neçə qola ayrılır. Biz Alban-Udi xristian icması olaraq Roma Papasına aid deyilik. Onların yolu ayrıdır, bizimki ayrı. Biz şərq qoluyuq. Qaldı ki, şeytan məsələsinə... Bizdə şeytanı daşlamaq önəmlidir. Müsəlmanlarda olduğu kimi. Çünki bizim inancımıza görə şeytan insanı keçə bilər və ən qabaqcıl yerlərə çıxar. Ona görə də şeytanı daşlayırıq ki, həmişə insandan arxada qalsın.

# 2328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #