Yaponiyada yarım milyon insan bu xəstəlikdən əziyyət çəkir

Yaponiyada yarım milyon insan bu xəstəlikdən əziyyət çəkir
20 oktyabr 2016
# 13:29

Yaponiya hökumətinin apardığı araşdırma nəticəsində məlum olub ki, yapon gənclərinin yarıdan çoxu (təxminən yarım milyon) cəmiyyətdən uzaqlaşmağı və izolyasiya olunmağı seçirlər. Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə araşdırma nəticəsində məlum olub ki, yaşları 15 ilə 39 arasında dəyişən 541 min insan özünü cəmiyyətdən təcrid edərək yaşayır.

İnsanların altı ay və daha uzun müddətə məktəb və işə getmədən, hər hansı bir sosial fəaliyyətə qatılmayıb evdən çıxması halını Yaponiya Səhiyyə, İş və Rifah nazirliyi “Hikikomori” adlandırıb.

Rəqəmlər 2010-cı ildə aparılan təxminlərə görə az olsa da özünü 7 il boyunca evə həbs edənlərin 35 % təşkil etməsi olduqda diqqətçəkən həqiqətdir.

Araşdırma gənclərlə yanaşı yaşları 35-39 arasında olan yapon vətəndaşlarının özünü evə həbs edənlərin faizinin iki qat artdığını üzə çıxarıb.

İlk dəfə 1990-cı ildə meydana çıxan Hikikomori hələ tibbi ədəbiyyatda xəstəlik kimi yer almır və müalicə metodu müəyyənləşdirilməyib.

Həkimlər isə gənclərin cəmiyyətdən uzaq yaşamağı seçməsində psixoloji və mədəni faktorlarının payının yüksək olduğunu düşünürlər.

Hikikomori kişilərdə və təhsilli orta sinifdə daha geniş müşahidə olunur. Hikikomoridən əziyyət çəkən insanlar adətən kompüter oyunları oynayaraq və rəsmli roman oxuyaraq vaxt keçirirlər. Psixoloqlar bu vəziyyətin tənbəllikdən qaynaqlanmadığını deyirlər.

Yapon psixoloq Tamaki Saito bir müsahibəsində Hikikomori barəsində bunu deyib: “Onlar bayıra çıxıb sosiallaşmaq, dost və ya sevgili qazanmaq istəyirlər, amma bunu bacarmırlar.”

Hikikomor təkcə Yaponiyaya məxsus hal deyil. 2015-ci ildə həyata keçirilən bir araşdırmada Amerika, Çin və İspaniya kimi ölkələrdə də buna bənzər halların ortaya çıxdığı müəyyənləşib.

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

# # #