Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir

Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilir
30 oktyabr 2019
# 12:07

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının növbəti X qurultayı başlayıb.

APA-nın məlumatına görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.

Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayev da iştirak edir.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.

# 1718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #