Obama Tramp haqda serialın prodüseri olacaq

Obama Tramp haqda serialın prodüseri olacaq
2 may 2019
# 10:30

ABŞ-ın eks prezidenti Barak Obamaya və həyat yoldaşı Mişelə məxsus Higher Ground Rrodistions prodüser şirkəti Maykl Luisin “Beşinci risk” kitabı əsasında serial çəkilişlərinə başlayacaqları haqda anons verib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, kitab Obama administrasiyasından Tramp prezidentliyinə keçid dövründə baş verən hadisələrə həsr olunub. Kitab Ağ evin məmurlarından alınan müsahibələrdən ibarətdir.

“Biz Higher Groundu ona görə yaratdıq ki, tarixi necə danışmaq mümkün olduğunu göstərək. Irq və sinif , demokratiya və vətəndaş hüquqları məsələlərinə toxunaraq biz bu əsərlərin yalnız əyləndirəcəyinə yox, maarifləndirəcəyinə, bizi ruhlandıracağına və birləşdirəcəyinə inanırıq” – deyə Barak Obama söyləyib.

Xatırladaq ki, bundan əvvəl Obama ailəsi Netflix üçün layihələr siyahısı təqdim ediblər.

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

# # #