Hər üçüncü vətəndaş kitabxana istifadəçisidir

Hər üçüncü vətəndaş kitabxana istifadəçisidir
6 sentyabr 2017
# 15:56

Belarusun hər üçüncü vətəndaşı kitabxana abunəçisidir. Statistikaya əsasən, ölkə əhalisinin 32 faizi kitabxana istifadəçisidir.

Kulis.azın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə bu sözləri Belarusun Mədəniyyət Nazirliyinin şöbə müdiri Natalya Zaderkovskaya jurnalistlərə müsahibəsində deyib.

N. Zaderkovskayanın sözlərinə görə, bu gün Belarusda 7 mindən çox ictimai və xüsusi kitabxana fəaliyyət göstərir. 2016-cı ildə ictimai kitabxanalardan 26,5 milyon insan istifadə edib ki, bu da 2015-ci illə müqayisədə 3,4 faiz çoxdur.

2020-ci ilə qədər Belarusda kitabxana istifadəçilərinin 20 faizə qədər artacağı proqnozlaşdırılır.

# 1121 dəfə oxunub

Müəllifin son yazıları

# # #