Stressli həyatımızda bizi xoşbəxt edəcək 14 kiçik fürsət

Stressli həyatımızda bizi xoşbəxt edəcək 14 kiçik fürsət
26 yanvar 2017
# 14:30

Həyatımız stresslidir. İş-güc, maddi məsələlər, mənəvi böhranlar, könül işləri… Amma bununla belə həyatımızı yüngülləşdirəcək, bizə rahatlaşdıracaq şeylər də az deyildir. Kulis.az bizi xoşbəxt edəcək 14 kiçik fürsəti təqdim edir.

Günəşin doğuşuna baxmaq

Əsrlərlə toplanmış təcrübə ilə sabit bir yoldur. Bəlkə elmi bir izahı yoxdur, amma etmək də çox asandır. Səhər yuxudan bir az erkən qalxmaq kifayətdir.

Uşaqlarla oynamaq

Uşağın dünyasında xoşbəxt olmaq necə də gözəldir.

Akvariumlara baxmaq

Evinizdə akvarium yoxsa belə kafe və restoranların akvariumuna baxa bilərsiniz.

Gəzinti

Bir filosof demişdi ki, piyada gəzməyin həll edə bilmədiyi şəxsi və mənəvi problem yoxdur. Mümkünsə gəzintilərə tək çıxın. Qısa bir müddət sonra sakitləşdiyinizi hiss edəcəksiniz.

Velosiped sürmək

Ucuz başa gələn və zəmanətli bir sakitləşmə formasıdır. Ölkəmizdə son illərdə populyarlıq qazanmağının bir səbəbi də budur yəqin.

İmici dəyişmək

Daha çox qadınlar bu bəndə müraciət etsə də kişilərdə də müsbət nəticələr verir.

Oflayn olmaq

Telefonları qapadıb, sosial medianı unutmaq bəzən ən gözəl sakitləşmə yoludur. Bir anlıq düşünsəniz görərsiniz ki, həyatınıza girən neqativlərin çoxunun mənbəyi məhz onlardır.

Yemək bişirmək

Sevdiyiniz yemək olsa daha gözəl… Ya da internetdən reseptləri tapın və bir yemək bişirin. Yeməyin şəklini İnstagrama qoymasanız da olar.

Hobbilər tapmaq

Hobbi bir işlə pul qazanmaq niyyəti olmadan məşğul olmaqdır. Dövrümüzün trendlərindən biri də boyama kitablarıdır. Özünüzə bir dəftər alın və boyayın. Yada başqa sevəcəyiniz hobbilər tapın.

Nəyisə təmir etmək

İnsana rahatlıq gətirən məşğuliyyətlərdən biridir. Əlbəttə ki, bu peşəsi ustalıq olmayan adamlara aiddir. Çilingərin evdə nəyisə təmir etməsi psixoloji yox zəruri məqamdır.

Evdə əşyaların yerini dəyişmək

Kreslonuzu Günəşi, küçəni daha yaxşı görəcəyiniz yerə qoyun…

Yeni insanlarla tanış olmaq

Bu barədə ehtiyatlı olun, amma unutmayın ki, yeni insanlar həyatımıza daim rəng qatır. Hə, əlbəttə ki, bu qarşılıqlı bir prosesdir.

Küsdüyün adamlarla barışmaq

Ürəyinizdə nisgil kimi qalıbsa barışın. Rahatsınızsa telefon dəftərindən də silin. “Qoyun, yaşasın öz boşluğunda…

Özünüzə dəyər verin

“Ağıllı olub başqalarının dərdini çəkməkdənsə dəli olun sizin dərdinizi çəksinlər” məsəli var. Bu məsəl vəziyyəti tam biz istəyən kimi ifadə etmir. Lakin hər məsələdə özünüzü günahlandırmayın, özünüzə sayğı duyun, öz əsəblərinizin qayğısına qalın, unutmayın ki, siz özünüz tam xoşbəxt olmasanız başqa heç kimi xoşbəxt edə bilməzsiniz. Ona görə də daim öz arzularınızı, istəklərinizi gerçəkləşdirin, bu barədə güzəştə getməyin.

BONUS

Sənətə sığınmaq

Sənət ən gözəl terapiyadır. O sizi gündəlik həyatın cansıxıcı ritmindən uzaqlaşdırar, sizi yüz, bəzən mil il bundan əvvəlki insanların yanına aparar və bu səfər də siz öz dərdlərinizə, sıxıntılarınıza daha başqa bir gözlə baxa, insanları daha gözəl anlaya, onlarla empatiya qura və daha xoşbəxt ola bilərsiniz. Ədəbiyyatdan tutmuş teatra, kinematoqrafiyaya, rəssamlığa, musiqiyə, memarlığa qədər bütün sənətlər əslində insanları xoşbəxt etmək, onları daha gözəl və daha məsud bir həyata qovuşdurmaq missiyasına xidmət edir.

Sənətə ayırdığınız vaxt elə özünüzə ayırdığınız vaxtdır. Özünüzə yəni, öz rahatlığınıza, öz sakitliyinizə…

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

# # #