Model metroda soyundu və... - VİDEO

 Model metroda soyundu və... - VİDEO
22 noyabr 2016
# 14:50

New York metrosunda adi günlərdən biri idi. Qara geyimli bir qadın içəri girdi, qatar hərəkət edəndən sonra gözlənilmədən paltarlarını çıxarmağa başladı və hərarətli bir söhbət elədi.

Bu gənc qadına bir vaxtlar “köksən” deyib model olmağına mane olmuşdular. Sonralar İnstagram fenomeni olan xanım arzularını reallaşdıra bilmişdi. Bu İskra Lavrense idi.

Son vaxtlar bir çox firmanın reklam üzü olan 26 yaşlı Lavrense metroda insanlara çox maraqlı fikirlər söylədi. Özünü olduğun kimi sevmək, sayğı duymaq, bu cür davranaraq həyatdan zövq almaq.. Lavrense bu haqda danışırdı.

Özünü tamam “müdafiəsiz” hala gətirmək üçün soyunduğunu deyən Lavrense bu sözləri də əlavə elədi: “Bir vaxtlar gözəllik standartlarına uyğun olmadığım üçün özümdən zəhləm gedirdi. Bu cəmiyyətin media üzərindən bizə söykədiyi standartdır. Görünüşünüzə fikir verməyin. Bütün insanlar eynidir əslində. Xahiş edirəm, özünüzü olduğunuz kimi qəbul edin, belə sevin özünüzü”.

Lavrense söhbətini yekunlaşdırandan sonra paltarlarını geyindi, təşəkkür edib qatardan düşdü.

İskra Lavrense həmin günün axşam saatlarında bu videonu İnstagram səhifəsində paylaşdı və bu aksiyanı nəyə görə etdiyini açıqladı. Hər kəsin özünə xas gücü olduğunu deyən Lavrense daha sonra əlavə edir: “İnsanlar bir-birilərini ittiham etmədən, bir-birilərini dinləməyi öyrənərək açıq fikirlə bu gücü paylaşa biləcəyinə inanıram”.

Lavrensenin paylaşdığı video sosial şəbəkə izləyicilərinin diqqətini çəkdi və böyük reaksiya doğurdu.

Bəzi izləyicilər Lavrensenin davranışının doğru olduğunu bildirsə də, bəziləri insanların qarşısında soyunub mesaj verməyi düzgün hesab eləmədi.

# 1355 dəfə oxunub

Müəllifin son yazıları

# # #