Mahsun Kırmızıgülün bu hərəkəti alqışlandı

Mahsun Kırmızıgülün bu hərəkəti alqışlandı
12 noyabr 2019
# 14:02

Mahsun Kırmızıgül yeni “Mucize 2 aşk” filmində daun sindromlu 147 uşağa rol verib.

Kulis.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Vəzir barmağı” ilə istədiyi nəticəni əldə edə bilmədikdən sonra film işinə ara verən Mahsun Kırmızıgül yenidən kino meydançasına qayıdıb.

Kırmızıgülün öz ssenarisinə çəkdiyi “Mucize 2 aşk” filmi fiziki məhdudiyyətlilərə və müəllimlərə həsr olunub. Filmdə Mert Turak, Biran Damla Yılmaz, Fikret Kuşkan, Erdal Özyağcılar ve Şenay Gürler rol alıb.

# 2315 dəfə oxunub

Müəllifin son yazıları

# # #