Bukerin qalibi bu gecə açıqlanacaq

Bukerin qalibi bu gecə açıqlanacaq
14 oktyabr 2019
# 13:03

Buker Ədəbiyyat Mükafatının qalibi bu gecə açıqlanır.

Kulis.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, siyahıda Elif Şafak də yer alıb.

O, seçim siyahısına “On Dəqiqə Otuz Səkkiz Saniyə” romanı ilə daxil olub. Şafaq mükafat üçün Margaret Atwood və Salman Rüşdü kimi adlarla yarışır.

Mükafatın favoriti isə 2000-ci ildə Buker Mükafatını qazanan Atwood göstərilir.

Londonda təşkil ediləcək mərasim Bakı vaxtı ilə 00:30-da başlayacaq.

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

# # #