Türk və azərbaycanlı aktyorlar yeni filmdə - Tizer

Türk və azərbaycanlı aktyorlar yeni filmdə - Tizer
30 sentyabr 2019
# 16:35

Azərbaycanlı aktyorların da çəkildiyi “Hərəkət səkkiz” türk komediya filmi kinoteatrlarda nümayişə çıxarılır.

Kulis.azın verdiyi xəbərə görə, filmdə Türkiyənin məşhur komediya aktyorları Ali Sunal, Hakan Bilgin, Gürgen Öz, Onur Atilla, Devrim Yakut və Hande Katipoğlu ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və Pərvin Abıyeva çəkiliblər.

DADA Vision studiyasında istehsal olunan filmin rejissoru Ali Yongançıioğlu, ssenari yazarı Ayberk Çınar, prodüseri Levent Cengizhandır.

Komediyanın fabulasında rus mafiya lideri Zolkanın qaçaq mal keçirmək niyyəti dayanır. Bir tərəfdən isə polis onlara qarşı əməliyyata başlayır. Qəhrəmanlarsa bütün bunlardan xəbərsiz halda hadisələrin içinə düşürlər.

Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzidir. Yeni kino mövsümünün açılış filmi olan “Hərəkət səkkiz” 3 oktyabrdan CİNEMA PLUS-DA və 12 ölkədə vizyona çıxarılacaq.

# 3699 dəfə oxunub

Müəllifin son yazıları

# # #