Fransa sakini təsadüfən mətbəxindən 6 milyon avro qiyməti olan rəsm əsəri tapıb.
Kulis.az-ın rus mətbuatına verdiyi xəbərə görə, ilkin intibah dövrü Florensiya rəssamı Çimabuenin “Tikanlı tacqoyma” əsəri uzun zaman yemək bişirilən plitənin altında qalıb.
Mütəxəssislər əsərin orijinallığını təsdiq edərək onun 4 milyon avrodan 6 milyon avroyadək qiyməti olduğunu söyləyiblər. əsər oktyabrın 27-də Fransanın Sanlis şəhərində auksiona çıxarılacaq.