Rafiq Tağının xatirəsinə BİR ŞEİR

 Rafiq Tağının xatirəsinə <span style="color:red;">BİR ŞEİR
20 noyabr 2014
# 10:52

Kulis.az şair Haqqararın mərhum yazıçı Rafiq Tağının vəfatının ildönümünə həsr etdiyi şeiri təqdim edir.

Rafiq Tağısında uca millətim

qatilliyə enən cahillərin var

dalğasında qanad açan dənizin

ilan tək sürünən sahilləri var

dalğanın silləsi güllədən betər

tutur sahillərin qumlu üzünü

o yan bu yanı da sahillər olan

dəniz dalğa-dalğa döyür dizini

dənizin dibi də sahildir amma

bu sahil bənizdə olmaq istəmir

bu yastı yapalaq sahilə anam

adam heç dəniz də olmaq istəmir

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

# # #