“Bu Şəhərdə” komandası ötən ilin mart ayından başladığı yeni kinokomediyanın çəkilişlərini başa çatdırıb.
Kulis.az xəbər verir ki, “Şabaş” adlanan tammetrajlı kinokomediyanın ssenari müəllifi “Bu şəhərdə”nin prodüseri Müşviq Abbasov, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyevdir.
Filmdə baş rolları Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərov canlandırır. Bundan başqa kinokomediyada tanınmış aktyor və müğənnilər də iştirak edirlər.
Tamaşaçı filmdə Coşqun və Rəfaeli yenidən qadın obrazında görəcək. Film dekabrın 5-də nümayiş olunacaq.