Bakıda yeni kitab mağazası açılıb.
Kulis.az xəbər verir ki, ilk dəfə oxucuların köməyi ilə açılan kitab dükanın adı “Kitabıstan”dır.
Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup gənc “Kitabıstan mağazası açaq” adı altında ianə kampaniyasına başlamışdı. Toplanan məbləğ kitab dükanı açmağa yetərli olub.
- Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
- Edip Akbayramın səhhəti ilə bağlı açıqlama
- Moskvada kitab ticarəti mövzusunda dəyirmi masa keçiriləcək
“Kitabıstan” mağazasında bir çox yeniliklərə də imza atılıb: kitabların qiyməti bazar qiymətindən aşağı olacaq, gənc yazıçıların kitablarından faiz alınmayacaq.
Kitab mağazası 28 may metrostansiyasının yaxınlığında (Heydər Əliyev adına Respublika sarayının arxasındakı keçid) yerləşir.