“Son zəng” kitabının təqdimat mərasimi keçiriləcək

“Son zəng” kitabının təqdimat mərasimi keçiriləcək
2 iyul 2019
# 12:40

İyulun 4-ü, saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində mərhum jurnalist Zabil Müqabiloğluna həsr olunan “Son zəng” kitabının təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə nəşr olunan kitabda Zabil Müqabiloğlunun şeirləri və hekayələri, həmkarlarının onun haqqında yazdıqları esselər toplanıb.

Jurnalistlər - Qulu Məhərrəmli, Həbibə Abdulla, Famil Cəfərli kitabın hazırlanmasına böyük kömək göstəriblər.

# 1974 dəfə oxunub

Müəllifin son yazıları

# # #