Aktyorun vəziyyəti ağırdır - Foto

Aktyorun vəziyyəti ağırdır - Foto
28 mart 2019
# 09:40

Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun səhhətində ciddi problemlərin olduğu müəyyənləşib.

Y. Səlimov ONA-ya açıqlamasında vəziyyətinin hazırda qənaətbəxş olduğunu və həkim nəzarətində saxlandığını deyib: “Ötən gün xəstəxanaya yerləşdirilmişəm. Qarnıma su yığılıb, qaraciyər serrozu diaqnozu qoyulub. Müalicəmi davam etdirirəm. Həkimlər deyirlər ki, bir müddət yataq şəraitində müalicə almalıyam. Müalicədən sonra səhhətimdə dəyişiklik olacağına ümid edirəm. Maraqlanan dostlara da təşəkkür edirəm”.

Qeyd edək ki, aktyor xəstəlikdən sonra xeyli arıqlayıb.

Xatırldaq ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.

# 1818 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #