Aqşin Yeniseydən cavab gəldi: “Hamıdan oğurlayıram”

Aqşin Yeniseydən cavab gəldi: “Hamıdan oğurlayıram”
7 noyabr 2019
# 12:04

“Mən Şərq mədəniyyətinin biciyəm!”

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Aqşin Yenisey Qəşəm Nəcəfzadənin onu plagiatda suçlamasına münasibət bildirərkən deyib.

“Qəşəm müəllim tamamilə doğru buyurur. Mədəniyyət oğruya və fahişəyə borcludur. Hətta “Azərbaycan ədəbiyyatında plagiat olmayan ciddi müəllif yoxdu” deyə bir yazı da yazdığımı da xatırlayıram.”

Şair daha sonra əlavə edib:

“Mən Marksdan tutmuş Niyazi Mehdiyə qədər hər kəsdən oğurlayıram. Orjinal olan Qəşəm Nəcəfzadədir. Orjinal olan, indi yoxdu dünyada.”

# 2550 dəfə oxunub

Müəllifin son yazıları

# # #